525.Az

Qəddafinin yaxınlarının dondurulmuş hesablarından azı 10 milyard avro yoxa çıxıb


 

Qəddafinin yaxınlarının dondurulmuş hesablarından azı 10 milyard avro yoxa çıxıb<b style="color:red"></b>

Liviyanın sabiq lideri Müəmmar Qəddafinin yaxınlarının dondurulmuş bank hesablarından azı 10 milyard avro müəmmalı şəkildə yoxa çıxıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, pul vəsaitləri Euroclear bankındakı hesablardan 2013-2017-ci illər ərzində götürülüb.  

Məlumata görə,  2011-ci ildə BMT-nin qərarı ilə dondurulan hesablardan pulların çıxarılması Belçika Maliyyə Nazirliyi ilə razılaşdırılmayıb.  

Prokurorluğun məlumatına görə, adıçəkilən bankda açıq olan 4 hesabda 5 mlrd. avronun qaldığı bildirilir. Vəsaitlər çıxarılmazdan əvvəl isə həmin hesablarda ümumilikdə 16 mlrd. avro olub.  

 





09.03.2018    çap et  çap et