525.Az

DİN Sumqayıtda qadının qətli ilə bağlı açıqlama yaydı


 

DİN Sumqayıtda qadının qətli ilə bağlı açıqlama yaydı<b style="color:red"></b>

İyunun 25-də Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi S.Vurğun küçəsindəki evlərdən birində yaşayan Nübar Nobatəliyevanın evinə gəlmiş qohumu, əvvəllər məhkum olunan Habil Həsənov arasında münaqişə baş verib. 

525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu zaman H.Həsənov ov tüfəngindən atəş açaraq Nübarı qətlə yetirib və hadisə yerindən qaçıb.

Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Həsənov tutulub və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngi və 24 ədəd patron ondan götürülüb.

 





26.06.2013    çap et  çap et