525.Az

“Rusiya Azərbaycana silah satışını regionda pariteti saxlamaqla həyata keçirir”


 

“Rusiya Azərbaycana silah satışını regionda pariteti saxlamaqla həyata keçirir”<b style="color:red"></b> “Rusiya Azərbaycana silah satışını regionda pariteti saxlamaqla həyata keçirir”.

APA-nın məlumatına görə, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi (KTMK) Nikolay Boprdyuja İrəvanda Rusiyanın Azərbaycana külli miqdarda silah-sursat satması barədə məlumatı şərh edərkən deyib.
 
N. Bordyuja qeyd edib ki, Rusiya dünyanın onlarla ölkəsinə, o cümlədən KTMT-ya daxil olmayan dövlətlərə silah-sursat satır.
 
“Bu, biznes, bazar, Rusiya Federasiyasının iqtisadiyyatıdır. O başqa məsələdir ki, KTMT üzvü olmayan ölkələrə silah satarkən hər şeydən öncə regiondakı paritet əsas götürülməlidir. Azərbaycana silah-sursat satışı barədə qərar qəbul edilərkən də məhz bu prinsip əsas götürülüb”.
 





26.06.2013    çap et  çap et