525.Az

Lavrovla Tillersonun Afrika görüşü baş tutmadı


 

Lavrovla Tillersonun Afrika görüşü baş tutmadı<b style="color:red"></b>

Rusiya XİN rəhbəri Sergey Lavrovin Efiopiyada ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşü baş tutmayıb.

Trend-in məlumatına görə, bu barədə diplomatik mənbə bildirib.

Bildirilir ki, təsadüfən eyni ölkədə və məhz paytaxtda olan rəsmilər hətta eyni oteldə qalıblar. Bu səbəbdən onların görüşü ehtimal edilib.

Daha öncə isə ABŞ tərəfi Rusiya tərəfdən görüş üçün heç bir müraciət edilmədiyinji qeyd edib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Afrika ölkələrinə səfərə çıxıb.

 





09.03.2018    çap et  çap et