525.Az

Kiyevdə Azərbaycan vətəndaşları saxlanıldı


 

Kiyevdə Azərbaycan vətəndaşları saxlanıldı<b style="color:red"></b>

Kiyev şəhərində iki Azərbaycan vətəndaşı saxlanılıb. 

APA-nın məlumatına görə, saxlanılan şəxslər 1993-cü il təvəllüdlü Əbülfəz Qəniyev və Fadil Cavadovdur. 

Onlar qarət, oğurluq və insanı ölümlə hədələməkdə ittiham olunurlar. Kiyev şəhərinin Obolonski rayon məhkəməsi azərbaycanlılar barəsində 4 aylıq həbs-qəti imkan tədbiri seçib. Saxlanılan şəxslər ittihamla razılaşmırlar və hüquqi yardıma ehtiyacı olduqlarını bildiriblər.

 





09.03.2018    çap et  çap et