525.Az

Seçkiləri izləyəcək ATƏT müşahidə missiyasının fəaliyyət planı açıqlandı


 

Seçkiləri izləyəcək ATƏT müşahidə missiyasının fəaliyyət planı açıqlandı<b style="color:red"></b>

"Biz Azərbaycanla hər zaman uğurlu əməkdaşlıq etmişik. Ümid edirik ki, bu əməkdaşlıq növbəti bir neçə həftədə də davam edəcək". 

APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Koryen Yonker Bakıda keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, müşahidə missiyası seçkiləri qiymətləndirəcək, öhdəliklərə nə qədər riayət olunmasını dəyərləndirəcək. 

"Gələn həftə uzunmüddətli missiya Azərbaycana gələcək. Ekspertlər ATƏT üzvü olan 19 fərqli ölkəni təmsil edir. 

Qısamüddətli missiya isə seçki günündən bir qədər əvvəl gələcək, səsvermə prosesini izləyəcək. 

Missiya aprelin axırına kimi davam edəcək, seçki sonrası mühiti də diqqətdə saxlayacaq", - deyə o bildirib.

 





09.03.2018    çap et  çap et