525.Az

Litvada Mahir Həmzəyevin yubileyi qeyd olundu


 

Litvada Mahir Həmzəyevin yubileyi qeyd olundu <b style="color:red"></b>

Martın 8-də Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, tanınmış ədəbiyyatşünas, tərcüməçi, publisist Mahir Həmzəyevin 60 illik yubileyi qeyd olunub.

AzərTAc xəbər verir ki, Litva-Azərbaycan mədəni əlaqələrinin tədqiqatçısı kimi də tanınan Mahir Həmzəyev yubileyi ilə əlaqədar Litva Seyminə dəvət edilib.

Yubilyara spiker Viktoras Prantsketisin adından təbrik məktubu və dövlət bayrağı təqdim edilib.

Seymin spikeri təbrik məktubunda qeyd edib ki, Litva müstəqilliyini əldə etdiyi dövrdən başlayaraq M.Həmzəyev səmərəli fəaliyyəti ilə ölkənin ictimai həyatına mühüm töhfə verir.

Spiker bu fəaliyyətinə və əsl vətəndaşlıq mövqeyinə görə soydaşımıza təşəkkürünü bildirib.

Sabiq vitse-spiker İrena Dequtiene də yubilyara təbriklərini göndərib.

M.Həmzəyev Litvanın Cənubi Qafqaz ölkələri ilə 1918-1922-ci illərdə dövlətlərarası münasibətləri üzrə istedadlı tədqiqatçıdır. Ölkə ictimaiyyətinin nümayəndələri bunu layiqincə qiymətləndirir və müasir dövrdə Litva-Azərbaycan əlaqələrinin möhkəmlənməsində yaradıcı fəaliyyətinə görə ona minnətdarlıq edirlər.

Mahir Həmzəyev Milli İcmalar Şurasının, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, “Tərəqqi” medalı ilə təltif olunub.

 





10.03.2018    çap et  çap et