525.Az

ABŞ və Çin rəhbərləri arasında telefon danışığı


 

ABŞ və Çin rəhbərləri arasında telefon danışığı <b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında telefon danışığı baş tutub.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin açıqlamasında bildirilir. 

Söhbət zamanı tərəflər nüvəsizləşdirməyə doğru konkret addımlar atılmayanadək Şimali Koreyaya qarşı təzyiq etmək barədə razılığa gəliblər. 

Liderlər həmçinin Birləşmiş Ştatlar və Şimali Koreya arasında dialoqun perspektivini alqışlayıblar. 

Qeyd edək ki, ötən gün Şimali Koreya lideri Kim Çen In nüvə və raket sınaqlarından  imtina etməyə hazır olduğunu bəyan edib. ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri ilə may ayınadək görüşün keçirilməsinə razılıq verib.

 





10.03.2018    çap et  çap et