525.Az

Bakıda kişi arvadını və gəlinini doğradı


 

Bakıda kişi arvadını və gəlinini doğradı<b style="color:red"></b> İyunun 26-da Bakı şəhərinin Xəzər rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şüvəlan qəsəbəsi Əliheydər Qarayev küçəsində yaşayan 1958-ci il təvəllüdlü Bayramov Valeh Vaqif oğlu həyat yoldaşı, 1964-cü ildə anadan olmuş Bayramova Gülnarə Mürsəl qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. O, daha sonra evdə olan və hadisələrə şahidlik edən gəlini 1989-cu il təvəllüdlü Bayramova Sahilə Akif qızını da eyni üsulla öldürüb. Gənc qız evdən qaçaraq canını qurtarmaq istəsə də, V.Bayramov onu həyətdə tutub və amansızlıqla qətlə yetirib.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə iş başlanılın. Hadisədən sonra ərazini tərk edən V.Bayramov tutularaq istintaqa təhvil verilib. O, ilkin ifadəsində hadisəni ailə münaqişəsi zəmində törətdiyini deyib. İşsiz olan 55 yaşlı kişi bildirib ki, həyat yoldaşı onu saymadığı üçün bu əməli törədib.
 
Araşdırmalar davam etdirilir.
 





27.06.2013    çap et  çap et