525.Az

Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq niyyətindədir


 

Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq niyyətindədir<b style="color:red"></b>

Şimali Koreya lideri Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq və iki ölkə arasında diplomatik münasibətlər qurmaq niyyətindədir. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın "Tona İlbo" nəşrinə ölkə prezidenti administrasiyasındakı mənbə bildirib.  

Mənbə qeyd edib ki, ABŞ-la münasibətləri normallaşdırmaq niyyətini Kim Çen In  Cənubi Koreyanın  nümayəndə heyəti ilə Pxenyanda keçirdiyi görüşdə açıqlayıb.  

"Kim Çen Inın yekun məqsədi ABŞ-la sülh sazişinin imzalanması, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və Pxenyanda ABŞ səfirliyinin açılmasıdır", - deyə mənbə qeyd edib.  

Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampla görüşməyi təklif edib. Vaşinqton təkliflə razılaşıb. Görüşün vaxtı və yeri razılaşdırılacaq.

 





12.03.2018    çap et  çap et