525.Az

İranın Vyanadakı səfirliyi qarşısında silahlı insident: ölən var


 

İranın Vyanadakı səfirliyi qarşısında silahlı insident: ölən var<b style="color:red"></b>

Naməlum şəxs İranın Vyanadakı səfirinin iqamətgahının yaxınlığında bıçaqla hücum edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Vyana polisinin Twitter-dəki hesabında bildirilir.  

"İran iqamətgahı: bıçaqla silahlanmış naməlum şəxs hücum edərkən hərbçilər tərəfindən öldürülüb", - deyə məlumatda bildirilir.  

Məlumatlara görə, insident İranın Vyanadakı səfirliyi qarşısında baş verib.  

Hücumun 26 yaşlı Avstriya vətəndaşı tərəfindən törədildiyi bildirilir.  

Polisin məlumatına görə, hücum zamanı polislərdən biri qolundan bıçaq yarası alıb. Hücum edən şəxsin motivləri açıqlanmır.

 





12.03.2018    çap et  çap et