525.Az

“Prezident seçkilərinə hazırlıq prosesi müsbət qiymətləndirilməlidir”


 

“Prezident seçkilərinə hazırlıq prosesi müsbət qiymətləndirilməlidir”<b style="color:red"></b>

“Azərbaycanda prezident seçkilərinə hazırlıq prosesi, ictimai-siyasi ab-hava müsbət qiymətləndirilməlidir”.
 
Bunu “525”ə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Rüfət Quliyev deyib.

Adətən cəmiyyətin seçkiyə münasibətinin iqtisadi əsaslarla bağlı olduğunu bildirən deputat deyib: “Əgər bir ölkədə iqtisadi durum müsbətdirsə, inkişaf, dinamika varsa, insanlara diqqət və qayğı ilə yanaşılırsa, sosial-iqtisadi islahatlar həyata keçirilirsə, əhalinin seçkiyə münasibəti də müsbət olur”.

Ölkəmizdə bütün azadlıqların təmin olunduğunu deyən R. Quliyev qeyd edib ki, ölkə vətəndaşları sərbəst toplaşmaq hüququna sahib olmaqla yanaşı, öz fikirlərini müstəqil şəkildə ifadə edə bilirlər. Bir sözlə, ölkəmizdə söz azadlığı, siyasi plüralizm yüksək səviyyədədir.

Qlobal iqtisadi böhran nəticəsində bir çox ölkələrdə iqtisadi-maliyyə problemlərini yaşandığını xatırladan R.Quliyev bildirib ki, Azərbaycan bu böhranı arxada qoya bilib. Azərbaycanda sosial məsələlər daim diqqətdə saxlanılır, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ciddi addımlar atılır. Əlbəttə, bütün bunlar cəmiyyətin diqqət mərkəzindədir.

Deputat qeyd edib ki, prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir.

Vaxtilə ölkəmizə qarşı dostcanlı münasibət göstərməkdən uzaq olan bəzi xarici siyasi qurumların seçkilərdə aktiv formada iştirak etmək istədiklərini deyən R.Quliyev əlavə edib ki, həmin qurumların müşahidə missiyaları da azad şəkildə səsvermə prosesi izləyə, öz fikirlərini formalaşdıra bilərlər.

Ceyhun ABASOV

 





12.03.2018    çap et  çap et