525.Az

Oleq Tabakov vəfat etdi


 

Oleq Tabakov vəfat etdi<b style="color:red"></b>

Rusiyanın məşhur kino aktyoru, keçmiş SSRİ-nin Xalq artisti Oleq Tabakov vəfat edib. 

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, uzun müddətdir komada olan aktyor dünən dünyasını dəyişib. O, ötən ilin noyabrından xəstəxanada müalicə olunurdu.  

Oleq Tabakov 1935-ci ildə Saratovda doğulub. Orta məktəbi bitirdikdən sonra Moskva Bədii Teatrı nəzdindəki studiya-məktəbdə təhsil alıb.

O, aktyorluqdan əlavə, rejissor və pedaqoq da olub. O. Tabakovun çəkildiyi əksər filmlər sovet kinematoqrafiyasının klassikasına çevrilib. Bu sırada "Baharın 17 anı", "Müharibə və sülh", "D'Artanyan və 3 muşketyor", "Oblomovun həyatından bir neçə gün" və digər filmləri qeyd etmək olar.

O. Tabakov Çexov adına Moskva Bədii Teatrının direktoru idi.

 





13.03.2018    çap et  çap et