525.Az

Gürcüstanda azərbaycanlı icra başçısı küçə ticarətini ləğv edəcək


 

Gürcüstanda azərbaycanlı icra başçısı küçə ticarətini ləğv edəcək<b style="color:red"></b>

“Marneuli rayonunda küçə ticarəti qadağan olunacaq”.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bunu Marneuli rayonunun icra başçısı Temur Abazov bir qrup narazı sakinlə görüşdən sonra deyib. 
 
O bildirib ki, küçə ticarəti həm ətrafa təhlükə yaradır, həm də Marneulinin görkəmini pozur: “Küçə ticarəti ilə məşğul olanlara xəbərdarlıq edilib və onlara bazar ərazisinə köçmələri üçün bir həftə vaxt verilib”. 
 
T. Abazov əlavə edib ki, küçə ticarətinin aradan qaldırılması ilə bağlı qərar qanun çərçivəsində qəbul olunub. 
 
Qeyd edək ki, dünən Marneuli rayonunun bir qrup sakini müvafiq qərara etiraz edib.

 





13.03.2018    çap et  çap et