525.Az

NASA-nın rəhbəri istefaya gedir


 

NASA-nın rəhbəri istefaya gedir<b style="color:red"></b>

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) direktoru vəzifəsini icra edən Robert Laytfut aprelin 30-da istefaya gedəcək. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, R.Laytfut istefasının səbəbini açıqlamayıb. 

2012-ci ildən Agentlik rəhbərinin köməkçisi olan R.Laytfut ötən ilin yanvarından NASA rəhbərinin səlahiyyətlərini icra edir. 

2017-ci ilin sentyabrında prezident Tramp NASA direktoru vəzifəsinə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü, sabiq hərbi pilot Cim Braydenstaynın namizədliyini sürsə də,  Senat indiyədək onun namizədliyini təsdiqləməyib.

 





13.03.2018    çap et  çap et