525.Az

Milli Məclisin sonuncu iclasının gündəliyi açıqlandı


 

Milli Məclisin sonuncu iclasının gündəliyi açıqlandı<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının iyulun 2-də keçiriləcək son iclasının gündəliyi açıqlanıb. Milli Məclisdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Bunlardan 7-si Gəncə, Naxçıvan, Şəki, Şirvan və bir sıra şəhər apelyasiya məhkəmələrinə hakimlərin təyin olunmasıdır.

Bunlarla yanaşı, ötən iclasda təxirə salınan “Sahibkarların maraqlarının müdafiəsi və sahibkarlıq sahəsində keçirilən yoxlamaların tənzimlənməsi haqqında” qanun layihəsi ikinci oxunuşda və Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı hüquqi tənzimləmə haqqında qanun layihəsi də müzakirəyə çıxarılacaq.

 





27.06.2013    çap et  çap et