525.Az

Şirvan Milli Parkında yanğın başlayıb- Yenilənib


 

Şirvan Milli Parkında yanğın başlayıb- <b style="color:red">Yenilənib</b>

Yanğınla əlaqədar Bakı-Ələt-Astara magistralında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

 Şirvan Milli Parkında baş verən yanğınla əlaqədar magistral yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ərazidə xeyli ağacı alov bürüyüb.
 
Yanğın nəticəsində Bakı-Ələt-Astara magistralında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Qoruqda məskunlaşan ceyranlara təhlükə yaranıb.
 
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda yanğınsöndürənləri, habelə helikopter cəlb olunub.
 
Yanğın 100 hektarlarla ərazini əhatə edib.
 
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.


------------

 Bu gün saat 14:50 radələrində Şirvan Milli Parkı ərazisində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, ilkin ehtimala görə, yanğın Salyan OİL şirkətinə məxsus neft daşıyan avtomobilin yaxınlıqdan keçməsindən dərhal sonra baş verib və əsən külək nəticəsində geniş əraziyə yayılıb. Yanğın təbii və alaq otlarından ibarət olan 100 hektara yaxın ərazini əhatə edir.
 
Yanğının söndürülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatı və yerli qurumlarının əməkdaşları təcili olaraq yanğının baş verdiyi əraziyə ezam olunublar.
 
Hazırda ETSN-nin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə dəstələri tərəfindən davam edən yanğının söndürülməsi və qarşısının alınması üçün təcili tədbirlər həyata keçirilir.

 





27.06.2013    çap et  çap et