525.Az

Müsavat başqanının müşaviri saxlanıb


 

Müsavat başqanının müşaviri saxlanıb<b style="color:red"></b>

 Müsavat Partiyası Lənkəran təşkilatının sədri, partiya başqanının müşaviri Yadigar Sadıqlı saxlanıb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Polad Mehdiyevin APA-ya verdiyi məlumata görə, Yadigar Sadıqov II qrup Qarabağ əlili Rəşid Fərman oğlu Kərimova qarşı xuliqanlıq hərəkəti etdiyi üçün şübhəli şəxs qismində polisdə saxlanılır. Y. Sadıqov barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

 





27.06.2013    çap et  çap et