525.Az

Yıldırım: “Qafqaz regionunun təhlükəsizliyi üçün ciddi addımlar atırıq”


 

Yıldırım: “Qafqaz regionunun təhlükəsizliyi üçün ciddi addımlar atırıq”<b style="color:red"></b>

"Myanmada, Qarabağda baş vermiş qətliam, soyqırımı bizim problemimiz deyil deməklə, haqsızlığa, işğala səssiz qalmaqla, regionda, dünyada sülhü bərqərar etmək mümkünsüzdür". 

APA-nın xəbərinə görə, bunu “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində “Güc anlayışı: böyük güclər və digərləri” paneldə Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
 
Onun sözlərinə görə, Qafqaz regionunun təhlükəsizliyi üçün Azərbaycan, Gürcüstan və Türkiyə ciddi addımlar atır: "Bu layihələr regiona stabillik gətirməklə kifayətlənmir, Mərkəzi Asiyanı Avropa ilə birləşdiririk. Məsələn, TANAP, "Şimal axını" layihələri Balkan yarımadasının enerji təhlükəsizliyinə xidmət edəcək".

 





15.03.2018    çap et  çap et