525.Az

Böyükağa Hacıyev vəfat etdi


 

Böyükağa Hacıyev vəfat etdi<b style="color:red"></b>

“Neftçi”nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev vəfat edib.
 
Qol.az-ın xəbərinə görə, tanınmış məşqçi bu gün dünyasını dəyişib. B.Hacıyevin ailəsindən məlumatı təsdiqləyiblər.

Mərhumun bu gün Keşlə qəbiristanlığında dəfn olunacağı gözlənilir.

B.Hacıyev fevralın 8-də infarkt keçirmişdi. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stent qoyulmuşdu. Bundan başqa, B.Hacıyev bir neçə il əvvəl Moskva şəhərində beyin əməliyyatı keçirmişdi.

 





16.03.2018    çap et  çap et