525.Az

Marxulia: "Azərbaycan sabitliyi prezident seçkilərində də qoruyub saxlayacaq"


 

Marxulia: "Azərbaycan sabitliyi prezident seçkilərində də qoruyub saxlayacaq"<b style="color:red"></b>

Azərbaycan və gürcü xalqı ötən əsrin 90-cı illərində baş verənləri yaxşı xatırlayır. Ona görə də böyük çətinliklə əldə edilən sabitliyi qoruyub saxlamaq üçün əlindən gələni edirlər.

Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Suxumi Dövlət Universitetinin professoru, tarixçi-alim, politoloq Quram  Marxulia deyib.

“Əminəm ki, qardaş Azərbaycan xalqı bu sabitliyi 11 aprel prezident seçkilərində də qoruyub saxlayacaq.

Azərbaycanın gələcəyini heç bir kənar təsir olmadan, xalq müəyyənləşdirir və bu, ölkənin müstəqilliyi üçün çox vacibdir”, - deyə politoloq qeyd edib.

 





16.03.2018    çap et  çap et