525.Az

"Bakcell"in ofisi yandı


 

"Bakcell"in ofisi yandı<b style="color:red"></b>

Bu gün saat 22 radələrində "Bakcell"-in paytaxtın Nərimanov rayonunun İnqilaq küçəsində yerləşən müştəri xidmətlərinin ofisində yanğın baş verib.

Müsavat.com xəbər verir ki, ofisin ikinci mərtəbəsində yerləşən texniki şöbə tamamən yanaraq yararsız hala düşüb. Yanğınla əlaqədar olaraq FHN-nin yanğınsöndürənləri əraziyə cəlb edilib. Hal-hazırda yanğının söndürüldüyü bildirilir.

İlkin ehtimallara görə, kondisioner yanğına səbəb olub.

 

 





27.06.2013    çap et  çap et