525.Az

"Azərbaycan seçkilərdən sonra da mühüm iqtisadi layihələrə imza atacaq"


 

"Azərbaycan seçkilərdən sonra da mühüm iqtisadi layihələrə imza atacaq"<b style="color:red"></b>

“Aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra da Azərbaycanda sabitliyin təmin olunacağına inanıram. Ölkədə sabitliyin hökm sürməsi daha böyük iqtisadi layihələrin icrası ilə nəticələnəcək”. 

Bunu sechki-2018.az saytına açıqlamasında TRASECA nəqliyyat dəhlizi layihəsinin hökumətlərarası komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev bildirib.

O qeyd edib ki, artıq uzun illərdir Azərbaycanda hökm sürən sabitlik aparılan düzgün siyasətin nəticəsidir:

"Bu sabitliyin əsasında da ölkədə çox mühüm iqtisadi layihələr həyata keçirilir. Sabitlik olmasaydı, iqtisadi uğurlarımızla yanaşı, Azərbaycan dünya ölkələri arasında indiki yüksək reytinqə də malik olmazdı. Bu səbəbdən də, düşünürəm ki, prezident seçkiləri şəffaf və demokratik qaydada keçiriləcək. Seçkilərdən sonra da ölkədə sabitlik davam edəcək və çox mühüm iqtisadi layihələr həyata keçiriləcək".

Azərbaycanın yüksək seçki təcrübəsinin olduğunu qeyd edən A.Mustafayev prezident seçkilərinin demokratik prinsiplər əsasında baş tutacağına əmin olduğunu bildirib.

"Azərbaycanın təkmilləşdirilmiş seçki qanunvericiliyi var. Xarici müşahidəçilər də seçkiləri hər zaman izləyir və heç bir qanun pozuntusuna yol verilmədiyini görürlər. TRASECA qurumu olaraq, biz də seçkidə fəal iştirak edəcəyik və öz layiqli namizədimizə səs verəcəyik".

Akif Mustafayev vurğulayıb ki, prezident seçkilərindən sonra da Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçiriləcək.

 





16.03.2018    çap et  çap et