525.Az

Daha bir ana və uşaq ölümü baş verib


 

Daha bir ana və uşaq ölümü baş verib<b style="color:red"></b>

Azərbaycanın İsmayıllı rayonunda ana və uşaq doğuş zamanı ölüb.

APA-nın xəbərinə görə, hadisə ötən gecə İsmayıllı Mərkəzi rayon Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb. Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilib. Oğlan uşağı ölü doğulub, sonra isə ana dünyasını dəyişib.
 
Ş. Ağabalayevanın iki qız övladının olduğu, Lahıc qəsəbə tam orta məktəbində  Azərbaycan dili və ədəbiyyat müəlliməsi işlədiyi bildirilir.
 
Faktla bağlı İsmayılı rayon Prokurorluğunda araşdırma aparılır.

 





28.06.2013    çap et  çap et