525.Az

Açıq Kitabxanada “Yurdumuza Bahar gəlir” adlı tədbir - Fotolar


 

Açıq Kitabxanada “Yurdumuza Bahar gəlir” adlı tədbir - <b style="color:red">Fotolar </b>

Martın 16-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada “Yurdumuza Bahar gəlir” adlı tədbir təşkil edilib.

Tədbirdə Bakı şəhər 29 saylı uşaq-körpələr evinin müəllim və uşaqları iştirak ediblər. Açıq Kitabxananın əməkdaşları tərəfindən balacalara  xalqımızın Novruz Bayramı adətləri, çərşənbələr haqqında  məlumat verilib. Qeyd edilib ki, Novruz bayramı insanları bir-birinə yaxınlaşdıran, gözəl əhval-ruhiyyə bəxş edən, xalqımızın ən sevimli, ən əziz bayramıdır.

Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli şəkildə, özü də bir ay əvvəldən başlayaraq qeyd etməyə başlayır. Belə ki, bir ay ərzində hər həftənin ikinci günləri Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur.

Hər məhəllədə tonqal qalanır, uşaqlar gənclər tonqalların üstündən atlanaraq yeni ilə niyyətlərini edirlər. Bu bayramda ən sevinən uşaqlar olur. Boyanmış Noruz yumurtalarını döyüşdürür, tongalların üstündən tullanır, “papaqatdıya” çıxır, bayram payı yığırlar.

Uşaqlar Novruz ənənələrinə uyğun olaraq yumurta döyüşdürüblər. Balaca qonaqlar həmçinin Milli  Kitabxananın binasına ekskursiya edib, kitabxananın sərgi zalında yer almış "Azərbaycanın Milli Bayramı -Novruz",  “Yaddan çıxmaz Qarabağ” sərgiləri ilə tanış olublar. Milli Kitabxananın hazırladığı uşaq ədəbiyyatı ilə bağlı olan elektron kitablardan istifadə edərək ekskursiyalarını daha da maraqlı keçiriblər. Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan unikal və miniatür kitablarla tanışlıq onlarda böyük maraq hissi oyadıb.

Kitabxananın Not nəşrləri və səsyazmaları şöbəsi ilə tanış olan balacalar Azərbaycan uşaq bəstəkarlarının - Qənbər Hüseynlinin “Cücələrim” uşaq mahnısını, Tofiq Quliyevin  “Bahar” uşaq mahnısını, Fikrət Əmirovun mahnılarını dinləyiblər.

ŞAHANƏ

 





16.03.2018    çap et  çap et