525.Az

Əsgər özünü ehtiyatsızlıqdan güllələyib


 

Əsgər özünü ehtiyatsızlıqdan güllələyib<b style="color:red"></b> Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin "N" saylı hərbi hissəsində 19 yaşlı əsgər Sünnət Kübar oğlu Dədəyev tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində ayağından yaralanıb.

Faktı Trend-ə Müdafiə Nazirlyinin mətbuat xidmətindən təsdiqləyiblər.

Məlumata görə, yaralı hazırda hərbi hospitaldadır və müvafiq müalicə alır.

Əsgər Dədəyevin Saatlı rayonundan həqiqi hərbi xidmətə çağırıldığı bildirilir.
 





28.06.2013    çap et  çap et