525.Az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görüş


 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görüş<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva 6-cı Qlobal Bakı Forumu ilə əlaqədar Bakıda səfərdə olan Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali ilə görüşüb.
 
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti G.Əfəndiyeva Astanaya səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyası ilə keçirdikləri son görüşü məmnuniyyətlə xatırlayaraq iki qardaş qurumun birgə əməkdaşlığının əhəmiyyətindən danışıb. Eyni zamanda, G.Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olumasıyla əlaqədar D.Kıdıralini təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

D.Kıdırali öz növbəsində həm Beynəlxlaq Türk Akademiyasının, həm Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ortaq fəaliyyətinin bu qədim mirasın araşdırılması və dünyada tanıdılmasında böyük töhfə verəcəyini qeyd edib, Fond ilə uğurlu əməkdaşlığa dair inamını bildirib.

Görüş zamanı əməkdaşlıq çərçivəsində Türk dünyası ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib, ətraflı fikir mübadiləsi aparılıb.

Dünən, həmçinin, Qırğızıstanın keçmiş baş naziri Apas Jumagulov da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, Fondun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

 

 





18.03.2018    çap et  çap et