525.Az

Sürücü Nəqliyyat Departamentinin işçisini bıçaqladı


 

Sürücü Nəqliyyat Departamentinin işçisini bıçaqladı<b style="color:red"></b> İyunun 27-də Bakıda Nəqliyyat Nazirliyinin əməkdaşı bıçaqlanıb.

525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xətai rayonu Babək prospektində “Renault” markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Elman Məmmədov aralarında baş vermiş münaqişə zəminində Nəqliyyat Departamentinin işçisi Namir Maqsudova bıçaqla xəsarət yetirib.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutulub.
 





28.06.2013    çap et  çap et