525.Az

Bakıda 16 yaşlı oğlan maşında diri-diri yandı


 

Bakıda 16 yaşlı oğlan maşında diri-diri yandı<b style="color:red"></b> İyunun 28-nə keçən gecə Bakı şəhərinin Sabunçu rayonu ərazisində baş vermiş dəhşətli yol qəzasının bəzi məqamları aydın olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı dairəvi yolunun Bilgəh və Nardaran qəsəbələri arasındakı hissəsində qəzaya uğrayaraq yanan “Mercedes Galenvagen” markalı avtomobilin 16 yaşlı Hənifəyev Seymur Telman oğlu tərəfindən idarə olunması müəyyən edilib. Yeniyetmə sürücü yanan avtomobildən çıxa bilməyib və hadisə yerindəcə keçinib.
 
İlkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub. Faktla əlaqədar araşdırmalar davam etdirilir. İlkin məlumatda avtomobildə yanaraq ölən şəxsin Səfərova Lalə Telman qızı olması qeyd olunurdu.
 
Qeyd edək ki, yanan avtomobilin tuninq edilməmiş versiyalarının orta qiyməti 70-100 min manat arasıdır.
 





28.06.2013    çap et  çap et