525.Az

Barselonada toqquşmalar: 24 yaralı


 

Barselonada toqquşmalar: 24 yaralı <b style="color:red"></b>

İspaniyanın Barselona şəhərində polis və etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 24 nəfər xəsarət alıb. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, polis tərəfindən əhatəyə alınmış etirazçılar asayiş keşikçilərinə tüstü şaşkaları və butulkalar atıblar. Polis aksiya iştirakçılarını dağıtmaq üçün rezin dəyənəklərdən istifadə edib. 

Bölgədə ümumi tətil çağırışları səsləndirilir. Etirazçılar Kataloniyada bir neçə avtomagistralı bağlayıblar.

Martın 23-də İspaniya Ali Məhkəməsi ölkədən qaçmış sabiq Kataloniya lideri Karles Puçdemon və onun 4 silahdaşının həbsinə beynəlxalq order verib. Kataloniya hökumətinin keçmiş üzvləri üsyana təhrikdə günahlandırırlar.

 





24.03.2018    çap et  çap et