525.Az

İbrahimoviç rəsmən "Los Angeles Galaxy"də


 

İbrahimoviç rəsmən "Los Angeles Galaxy"də<b style="color:red"></b>

“Mançester Yunayted” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç karyerasını ABŞ-da, "Los Angeles Galaxy" klubunda davam etdirəcək.

APA-nın məlumatına görə, bu barədə məlumat klubun “Tvitter” səhifəsində verilib.

36 yaşlı futbolçu və klub arasında razılaşmanın detalları hələ ki, açıqlanmır.

2016-cı ildə PSJ-dən “Mançester Yunayted”ə keçən, “qırmızı şeytan”ların heyətində 28 matçda 17 qol vuran Zlatan İbrahimoviç bu günlərdə İngiltərə klubu ilə yollarını ayırıb. Cari mövsümdə Z.İbrahimoviç İngiltərə premyer liqasında cəmi 5 oyun keçirib.

 





24.03.2018    çap et  çap et