525.Az

KXDR və Cənubi Koreya arasında növbəti görüş keçiriləcək


 

KXDR və Cənubi Koreya arasında növbəti görüş keçiriləcək<b style="color:red"></b>

Martın 29-da KXDR və Cənubi Koreya rəsmiləri arasında növbəti görüş keçiriləcək. 

APA-nın “Yonhap” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş çərçivəsində tərəflər aprel ayına planlaşdırılan zirvə görüşünün tarixini və yerini müəyyənləşdirəcəklər. 

Cənubi Koreyanın nümayəndə heyətinə birləşmə məsələləri üzrə nazir Ço Mön Gün başçılıq edəcək. Cənubi Koreya prezidenti Mun Çje İn və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında görüş iki ölkə arasındakı demilitarizasiya zonasında yerləşən Panmuncom məntəqəsində baş tutmalıdır.

Qeyd edək ki, martın 5-6-da Cənubi Koreya nümayəndələri Pxenyanda Kim Çen In ilə danışıqlar aparıblar. Tərəflər aprelin sonunda iki ölkə lideri arasında sammitin keçirilməsinə dair razılığa gəliblər. Bundan başqa KXDR ABŞ-la açıq dialoq aparmaq niyyətində olduğunu bildirib.  

Şimali Koreya və Cənubi Koreya komandaları fevralda Pxençxan şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində vahid bayraq altında iştirak edib. Bundan başqa, hokkey yarışlarında Şimali Koreya və Cənubi Koreya vahid komanda ilə təmsil olunub.

 





24.03.2018    çap et  çap et