525.Az

İtaliya senatına ilk dəfə qadın rəhbər təyin edildi


 

İtaliya senatına ilk dəfə qadın rəhbər təyin edildi<b style="color:red"></b>

İtaliya parlamentinin yuxarı palatasına (Senat) Mariya Yelizavetta Alberti Kazellati rəhbər təyin edilib. 

APA İtaliya KİV-lərinə istinadən xəbər verir ki, bununla da İtaliya tarixində prezidentdən sonra ikinci mühüm postu ilk dəfə olaraq qadın tutub. 

1946-cı ildə anadan olan M.Kazellati hüquq sahəsində təhsil alıb. O, 1994-cü ildə təsis edilən "İrəli İtaliya" partiyasının üzvüdür. Yerli KİV M.Kazelattini Silvio Berluskoninin "Dəmir tərəfdarı" adlandırır. 

Qeyd edək ki, M.Kazellati ilk dəfə 1994-cü ildə senata üzv seçilib. 5 dəfə senator seçilən M.Kazellati səhiyyə komissiyasında təmsil olunub.

 





24.03.2018    çap et  çap et