525.Az

"Eurovision"ın ilk qalibi vəfat etdi - Video


 

"Eurovision"ın ilk qalibi vəfat etdi - <b style="color:red">Video </b>

"Eurovision" Mahnı Müsabiqəsinin birinci qalibi isveçrəli Liz Assia 94 yaşında vəfat edib. 

APA-nın məlumatına görə, bu barədə "Eurovision" Mahnı Müsabiqəsinin saytı  məlumat yayıb. 

1924-cü ildə İsveçrənin şimalındakı Rupersvil şəhərində anadan olan L. Assianın əsl adı Roza Mina-Şerer olub. Karyerasına rəqqas kimi başlayan L. Assia daha sonra mahnı oxumağa başlayıb. Müğənninin ən məşhur mahnısı 1950-ci ildə ifa etdiyi "O Mein Papa" olub.

Dünyada bir çox xeyriyyə aksiyalarında iştirak edən L. Assia bir sıra filmlərdə də rol alıb. L. Assia 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilən ilk "Eurovision" Mahnı Müsabiqəsində ifa etdiyi "Refrain" mahnısı ilə müsabiqənin qalibi olub. 

Son illər L. Assia Fransanın Kann şəhərində yaşayıb.


 





25.03.2018    çap et  çap et