525.Az

Puçdemon Almaniyada saxlanıldı


 

Puçdemon Almaniyada saxlanıldı<b style="color:red"></b>

Kataloniya Muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemon saxlanılıb. 

APA-nın məlumatına görə, bu barədə TASS agentliyi məlumat yayıb. 

Finlandiyadan Belçikaya gələn K. Puçdemon Almaniyanın Danimarka ilə sərhədində Almaniya polisi tərəfindən saxlanılıb.

Qeyd edək ki, 27 oktyabr 2017-ci ildə Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub. Həmin il noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib. Belçikaya qaçmış K.Puçdemon və daha 4 nəfər noyabrın 4-də Brüsseldə polisə təslim olub. Məhkəmə onları şərti azadlığa buraxıb. Onlara Belçikanı tərk etmək qadağan edilib. 

Keçən il dekabrın 5-də İspaniya Ali Məhkəməsi Kataloniyanın keçmiş rəhbəri K. Puçdemonun həbsinə dair beynəlxalq orderi ləğv edib. Bu il martın 23-də isə İspaniya Ali Məhkəməsinin hakimi Pablo Lyaren K. Puçdemonun həbsi üçün order verib.

 





25.03.2018    çap et  çap et