525.Az

Səudiyyə Ərəbistanı hərbçiləri Yəməndən atılan ballistik raketi vurdu


 

Səudiyyə Ərəbistanı hərbçiləri Yəməndən atılan ballistik raketi vurdu<b style="color:red"></b>

Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri Yəmən ərazisindən atılan ballistik raketi vurub.  

APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, raket paytaxt Ər-Riyad yaxınlığında vurulub.

Raket hücumu vaxtında dəf edilib, əhali arasında itki qeydə alınmayıb. Məlumata görə, raket Yəməndəki üsyançı husilər tərəfindən atılıb.  

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir.

Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

 





26.03.2018    çap et  çap et