525.Az

Kemerovadakı yanğınla bağlı 3 nəfər saxlanıldı


 

Kemerovadakı yanğınla bağlı 3 nəfər saxlanıldı<b style="color:red"></b>

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində yaralananların sayı 47 nəfərə çatıb. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya FHN nazirinin müavini Vladlen Aksenov bildirib. 

“Hazırda yanğın nəticəsində yaralananların sayı 47 nəfər təşkil edir. Zərərçəkənlərə müvafiq tibbi yardım göstərilir”, - deyə, nazir müavini qeyd edib.

Hazırda 64 nəfərin itkin düşmüş hesab edildiyini deyən V.Aksenov yanmış binanın dağılması ehtimali olduğunu vurğulayıb.

 





26.03.2018    çap et  çap et