525.Az

Kanadaya məxsus təyyarə tüstülənmə səbəbindən təcili eniş etdi


 

Kanadaya məxsus təyyarə tüstülənmə səbəbindən təcili eniş etdi<b style="color:red"></b>

“Air Canada” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Vaşinqtonun Dalles adına hava limanına məcburi eniş edib. 

APA-nın TASS agentliyinə verdiyi xəbərə görə, buna pilotların kabinəsindəki tüstülənmə səbəb olub. 

Laynerin göyərtəsində 63 sərnişin və 4 ekipaj üzvü olub. Hadisə nəticəsində zərərçəkən yoxdur. İnsidentin səbəbləri araşdırılır.

 





26.03.2018    çap et  çap et