525.Az

Polis rəislərinin yeri dəyişdirildi


 

Polis rəislərinin yeri dəyişdirildi<b style="color:red"></b> Bakıda iki polis bölməsinin rəisi yeni təyinat alıb. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Bakının Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi İsfəndiyar Mehbalıyev tutduğu vəzifədən azad edilərək Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsin rəis təyin olunub. 3-cü Polis Bölməsinin rəisi Zaur Məmmədov isə 34-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
 
Qeyd edək ki, İ. Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğludur.
 





28.06.2013    çap et  çap et