525.Az

Zaxarova: “Rusiyalı diplomatları çıxaran hər ölkəyə qarşı tədbirlər görüləcək”


 

Zaxarova: “Rusiyalı diplomatları çıxaran hər ölkəyə qarşı tədbirlər görüləcək”<b style="color:red"></b>

Rəsmi Moskva Rusiyalı diplomatları çıxaran hər bir ölkəyə və ABŞ-ın Sietl şəhərindəki baş konsulluğun bağlanmasına görə tədbirlər görəcək. 

APA-nın xəbərinə görə, bunu “Rusiya 1” telekanalına müsahibəsində Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bəyan edib. 

“Şübhəsiz ki, bu gün gördüklərimizə reaksiya verəcəyik. Hər ölkəyə dair müvafiq tədbirlər görüləcək”, deyə M.Zaxarova qeyd edib.
 
Onun sözlərinə görə, Solsberi şəhərində baş vermiş təxribatın arxasında Böyük Britaniya və ABŞ durur:

“Ölkədən çıxarılan diplomatların sayı bunda şübhə qoymur. Təbii ki, biz Londonun müttəfiqlərinin bu hərəkətlərinə hazır idik”.

 





27.03.2018    çap et  çap et