525.Az

Bəkir Bozdağ: “Türkiyə Rusiyaya qarşı tədbir görməyəcək”


 

Bəkir Bozdağ: “Türkiyə Rusiyaya qarşı tədbir görməyəcək”<b style="color:red"></b>

Rəsmi Ankara “Skripalın işi” üzrə Rusiyaya qarşı hər hansı tədbir görmək niyyətində deyil. 

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ bəyan edib. 

“Sabiq agentlə bağlı böhran Rusiya və Böyük Britaniya münasibətlərinə aiddir. Tərəflər özləri problemi həll etməlidirlər. Türkiyə Rusiyaya qarşı heç bir tədbir görmək niyyətində deyil. Rusiya ilə yaxşı münasibətlərimiz var”, deyə B.Bozdağ vurğulayıb.

 





27.03.2018    çap et  çap et