525.Az

Putin Kemerovo şəhərinə səfər etdi


 

Putin Kemerovo şəhərinə səfər etdi<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin Kemerovo şəhərinə səfər edib. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı faciə baş verən yeri ziyarət edəcək, həmçinin region və müvafiq qurum rəhbərlərinin məruzəsini dinləyəcək. 

Son məlumata əsasən, martın 25-də Kemerovoda ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər ölüb, 60 nəfər yaralanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 





27.03.2018    çap et  çap et