525.Az

Mərhum jurnalistin bacısı: "Dövlətqaçqınkom"dan kömək gözləyirəm"


 

Mərhum jurnalistin bacısı: "Dövlətqaçqınkom"dan kömək gözləyirəm"<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, ötən həftə Sabunçu rayon, Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsinin ərazisində  güclü yanğın zamanı mərhum jurnalist Zabil Müqaliboğlunun bacısının yaşadığı ev yanıb kül olub. Xoşbəxtlikdən yanğın jurnalistin bacısı Sevinc Əliyeva evdə olmadığı vaxt baş verib.

Evin 25-30 min manatlıq dəyərli əşyalarla  birlikdə yanıb kül olduğunu deyən Sevinc Əliyeva  “Dövlətqaçqınkom”dan kömək istəyir.

Qeyd edək ki, Sevinc Əliyeva əslən Zəngilandan olan məcburi köçkündür.

Mərhum jurnalistin bacısı Modern.az saytına açıqlamasında bildirib ki, baş verən hadisəyə görə hazırda evsizdir və o, faktiki olaraq küçədə qalıb:

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdan yardım  istəyirəm. Mən dövlətimizə güvənirəm və  “Dövlətqaçqınkom”un  məni  evlə  təmin  etməsini  gözləyirəm”.

Qeyd edək ki, Sevinc Əliyeva 2017-ci il fevralın 27-də vəfat edən Z.Müqabiloğlunun bacısıdır. S.Əliyeva  valideynləri və  qardaşı dünyasını dəyişəndən sonra  həmin evdə tək qalırdı.





 





27.03.2018    çap et  çap et