525.Az

Türkiyə Ordusu Suriyanın Tel-Rifat rayonunu terrorçulardan təmizlədi


 

Türkiyə Ordusu Suriyanın Tel-Rifat rayonunu terrorçulardan təmizlədi<b style="color:red"></b>

Türkiyə Ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel-Rifat rayonunu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləyib. 

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Tel-Rifatdakı yerli mənbələr bildiriblər. 

Tel-Rifat rayonu və Tel-Rifat şəhərinin hazırda Türkiyə Ordusu və müxalif Azad Suriya Ordusunun tam nəzarəti altında olduğu bildirilir.

 





27.03.2018    çap et  çap et