525.Az

Qara Qarayevə həsr edilmiş konsert keçiriləcək


 

Qara Qarayevə həsr edilmiş konsert keçiriləcək<b style="color:red"></b>

Martın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında görkəmli bəstəkar, xalq artisti Qara Qarayevin 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunacaq. 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konsertdə görkəmli bəstəkarın seçilmiş əsərləri tanınmış ifaçılar tərəfindən səsləndiriləcək.

Konsert proqramı Mədəniyyət və Turizm Nazirliyi, Filarmoniya və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşacaq.

 





27.03.2018    çap et  çap et