525.Az

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı


 

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı <b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

APA-nın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Ərdoğan Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğınla əlaqədar Putinə başsağlığı verib. 

Söhbət əsnasında iki ölkə arasında münasibətlərin hər sahədə genişləndirilməsinin zəruriliyi vurğulanıb. 

İki ölkə prezidenti aprelin 4-də Ankarada Türkiyə, Rusiya və İran liderlərinin qatılacağı zirvə toplantısı ilə bağlı fikir mübadiləsi də aparıblar. Zirvə toplantısında Suriyadakı vəziyyət müzakirə olunacaq.

 





27.03.2018    çap et  çap et