525.Az

Silahlılar Dəməşqi atəşə tutdular, 27 dinc sakin öldü


 

Silahlılar Dəməşqi atəşə tutdular, 27 dinc sakin öldü<b style="color:red"></b>

Silahlılar Dəməşqi minaatanlardan atəşə tutub, nəticədə 27 dinc sakin ölüb, 58 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyada münaqişə tərəflərin barışdırılması mərkəzinin rəhbəri general-mayor Yuri Yevtuşenko bildirib. 

Onun sözlərinə görə, silahlılar Mühayyəm əl-Yarmuk rayonundan paytaxtın ətrafına 13 ədəd mina atıblar, dağıntıların olduğu bildirilir.    

Atəşkəsi rejimi həmçinin Hələb, Latakiya və Dəraa əyalətində pozulub.

 





28.03.2018    çap et  çap et