525.Az

Tramp və Makron Suriya üzrə Türkiyə ilə əməkdaşlığı müzakirə etdilər


 

Tramp və Makron Suriya üzrə Türkiyə ilə əməkdaşlığı müzakirə etdilər<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp və onun fransalı həmkarı Emmanuel Makronla arasında keçirilmiş telefon danışığı zamanı Suriyada böhranın nizamlanması üçün Türkiyə ilə əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi qeyd olunur.    

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir. 

Ağ Evin məlumatına görə, tərəflər həmçinin ABŞ-Aİ arasında ticarət əlaqələrini və Çinin “ədalətsiz” ticarət siyasətinə qarşı atıla biləcək birgə addımları müzakirə ediblər.

 





28.03.2018    çap et  çap et