525.Az

Pentaqon rəhbəri: “Rusiya Qərb ittifaqının birliyini pozmağa çalışır”


 

Pentaqon rəhbəri: “Rusiya Qərb ittifaqının birliyini pozmağa çalışır”<b style="color:red"></b>

“Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızının zəhərlənməsi Rusiyanın Qərbin birliyini pozmaq cəhdlərinin davamıdır”. 

APA-nın “Business İnsider”a istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ müdafiə naziri Ceyms Mettis deyib.

O, bildirib ki, bu, Rusiyanın davamlı davranış tərzidir: “Onlar düşünürlər ki, bəzi şeylər edib, daha sonra bunu inkar edə bilərlər. Bununla onlar Qərb ittifaqının birliyini pozmağa çalışırlar”.
 
C. Mettis qeyd edib ki, Rusiya ABŞ-ın strateji rəqibi olmağı seçib və bu səhvə görə iki dövlətin yaxın münasibətlər qurmaq cəhdləri geridə qalıb. 

Qeyd edək ki, martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Rəsmi London insidentdə Rusiyanı günahlandırıb, Moskva isə bütün ittihamları rədd edir.

 





28.03.2018    çap et  çap et