525.Az

Bəy atası toyda ölüb


 

Bəy atası toyda ölüb<b style="color:red"></b> Bakıda şadlıq sarayında ölüm hadisəsi baş verib.
 
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şadlıq evlərindən birində qeydə alınıb. Orada keçirilən toy mərasimində iştirak edən Cəfərov Qismət Dadaş oğlu qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.
 
Polisdən həmçinin bildirilib ki, dünyasını dəyişən Q.Cəfərov bəyin atası olub.
 
Faktla bağlı araşdırma aparılır.
 





29.06.2013    çap et  çap et